Azərbaycan Super Liqasında çıxış edən “Azərreyl” və UNEC voleybol komandaları Voleybol Federasiyasına müraciət ünvanlayıblar.

Sport24.az xəbər verir ki, müraciətdə hər iki komandanın bir neçə əsas heyət oyunçusunun səhhətində problemlər yarandığı diqqətə çatdırılıb.

Həkim məsləhətinə görə bu oyunçular bir müddət məşq proseslərindən kənar qalmalıdırlar. Voleybol Federasiyası da bunu nəzərə alaraq, Azərbaycan Super Liqasının fevralın 22-də keçirilməli olan 8-ci turunun “Azərreyl” – “Abşeron” və UNEC – “Murov” oyunlarının başqa tarixə dəyişdirilməsinə qərar verib. Sözügedən matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.