Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 3-cü dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.

Sport24.az xəbər verir ki, ölkə çempionatında 9-cu turunun matçları fevralın 25-də, 8-ci turun təxirə salınan oyunları isə martın 1-də təşkil olunacaq.

Fevralın 25-də ilk olaraq meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan sonra UNEC - “Azərreyl” duelinə start veriləcək.

Martın 1-də keçiriləcək 8-ci turun təxirə salınan oyunlarından sonra 3-cü dövrəyə yekun vurulacaq. Turun ilk qarşılaşması saat 16:00-da “Azərreyl” – “Abşeron” komandaları arasında olacaq. Dövrəyə UNEC - “Murov” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

Hər 2 turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında pandemiya səbəbindən azarkeşsiz təşkil olunacaq.