Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2021/22 mövsümünün başa çatacağı tarix dəqiqləşib.

Sport24.az xəbər verir ki, 4 dövrəlik mübarizədə 4 klubun iştirakı ilə təşkil olunan yarışda son oyunlar aprelin 16-da baş tutacaq.

Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək XII turun ilk matçında “Abşeron” və “Murov” üz-üzə gələcək. Liderlərin görüşünün start fiti saat 14:00-da veriləcək.

Turun və mövsümün son qarşılaşmasında isə “Azərreyl” UNEC-i sınağa çəkəcək. Bu oyun isə saat 16:00-da başlayacaq.