Bu gün Azərbaycan Basketbol Liqasında V turun daha 2 oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, A qrupunun hər 2 matçı Bakıda baş tutacaq.
"Sərhədçi" nominal meydan sahibi olduğu oyunda NTD-ni məğlub edərək liderlərlə xalını bərabərləşdirmək arzusundadır. "Abşeron"la dueldə isə "Neftçi" ilk qələbəni qazanmağı hədəfləyib.
Qeyd edək ki, açılış matçında "Ordu" "Quba"ya 75:101 hesabı ilə uduzub. Dekabrın 6-da "Naxçıvan" "Sabah"la üz-üzə gələcək. Bir gün sonra "Sumqayıt" "Gəncə"ni sınağa çəkəcək. Tura dekabrın 8-də "Şəki" "Lənkəran" matçı ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
V tur
A qrupu
4 dekabr
15:30. NTD – "Sərhədçi"
"Sərhədçi" İdman Mərkəzi
19:00. "Neftçi" – "Abşeron"
"Sərhədçi" İdman Mərkəzi
1 |
Sabah |
4 |
4 |
0 |
358-273 |
8 |
2 |
Naxçıvan |
4 |
4 |
0 |
311-284 |
8 |
3 |
Sərhədçi |
4 |
2 |
2 |
282-310 |
6 |
4 |
Abşeron |
4 |
1 |
3 |
272-295 |
5 |
5 |
NTD |
4 |
1 |
3 |
291-320 |
5 |
6 |
Neftçi |
4 |
0 |
4 |
293-327 |
4 |