“Sərhədçi” voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb. Sport24.az xəbər verir ki, müraciətdə komandanın baş məşqçisi Qüdrət Məlikov və oyunçu Ramiz Bağırovun koronavirusa yoluxduqları diqqətə çatdırılıb:

“Onların məşq prosesində komandanın digər üzvlərilə təmasda olduqlarını nəzərə alaraq, fevralın 2-də və 5-də Azərbaycan Yüksək Liqasının müvafiq olaraq, MOİK, həmçinin “Murov”la oyunları başqa tarixə dəyişdirilsin”.

Bu müraciət əsasında “Sərhədçi”nin hər 2 qarşılaşması təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.