Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olacaq.

Sport24.az xəbər verir ki, finalda "Azərreyl" və "Murov Az Terminal" komandaları üz-üzə gələcəklər.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Üçüncü yer uğrunda görüşdə "Neftçi" MOİK-ə qalib gələrək (3:0) bürünc medal əldə edib.