Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova növbəti beynəlxalq təyinat alıb.

Sport24.az xəbər verir ki, o, bu gün CEV Çempionlar Liqasının D qrupunun “Maritza Plovdiv” (Bolqarıstan) – “Dinamo Kazan” (Rusiya) matçının supervayzeri olacaq.

Avropa Voleybol Konfederasiyasının bu matç üçün təyinatlarına əsasən İsmayılova görüşün hakimləri latviyalı Kurtis Salvis və bolarıstanlı Varbanov Atanasın işinə qiymət verəcək.

Qeyd edək ki, Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək qarşılaşmanı idarə edəcək litvalı Aleksandr Sikanjiçdən oyundan əvvəl götürülən COVİD-19 testi pozitiv çıxdığına görə, onu görüşün bolqarıstanlı ehtiyat hakimi Atanas Varbanov əvəz edəcək.