Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci dövrənin növbəti oyunları keçirilib.

Sport24.az xəbər verir ki, 8-ci tur çərçivəsində keçirilən matçlarda “Sərhədçi” “Neftçi” ilə, MOİK “Ekspress”lə qarşılaşıb. 

“Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutan hər iki matçda 3:0 hesabı qeydə alınıb.

“Sərhədçi” - “Neftçi” 0:3 (19:25, 11:25, 23:25)
MOİK - “Ekspress” 3:0 (25:12, 25:21, 25:19)

8 turdan sonra “Neftçi”nin 16, MOİK-in 15, “Murov”un 14, “Ekspress”in isə 3 xalı olduğu halda,“Sərhədçi” xalsızdır.