Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1-ci dövrənin növbəti oyunu təşkil olunub.

Sport24.az xəbər verir ki, 3-cü tur çərçivəsində “Neftçi və “Exspress” komandaları üz-üzə gəlib.

“Murov” voleybol klubunun idman zalında təşkil olunan matç “Neftçi”nin qələbəsi ilə yekunlaşıb. Görüşə 25:20 hesabı ilə qalib başlayan “Neftçi”, ikinci hissədə də 15 xal fərqi ilə qalib gəlib - 25:15. Üçüncü set görüşün son seti olub. Bu setdə də 25:16 hesabı ilə qalib gələn “Neftçi” çempionatda ilk qələbəsini rəsmiləşdirib.

Yüksək Liqa
3-cü tur
29 yanvar

Neftçi – Exspress 3:0 (25:20, 25:15, 25, 16)

Qeyd edək ki, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 4 görüş keçirilib. Bu matçlardan sonra “Ekspress” (3-3), “Neftçi” (4-3), MOİK (4-4) və “Murov” (3-1) komandaları 3 xala malikdir, “Sərhədçi”nin (0-3) isə xalı yoxdur.