Gənclər və İdman Nazirliyi “Məşqçilərimizi tanıyaq” adlı yeni layihəyə start verib.

Sport24.az xəbər verir ki, layihə çərçivəsində ilk görüş Azərbaycan Voleybol Federasiyasının 1-ci vitse prezidenti Faiq Qarayevlə olub.

Qarayevlə keçirilən görüşdə tanınmış mütəxəssisə iki mükafat təqdim olunub.  Gənclər və idman nazirinin müavini Mariana Vasileva idmanın inkişafındakı xidmətlərinə görə Faiq Qarayevə Gənclər və İdman Nazirliyinin xüsusi mükafatını, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev isə Azərbaycan Respublikası “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi” Azərbaycan Respublikasının yubiley medalını təqdim ediblər.