Azərbaycan millisinin keçmiş voleybolçusu Natalya Məmmədova karyerasını başa vurub. Sport24.az xəbər verir ki, 36 yaşlı hücumçunun çıxış etdiyi “Volero le Kannet” klubu sosial şəbəkə səhifəsində bu barədə məlumat yayıb.

Bildirilib ki, yüksək səviyyədə 20 mövsüm keçirən Natalya üçün “Mark En Barel” klubuna qarşı görüş sonuncu olub.

Ukrayna əsilli Məmmədova 2003-cü ildə “Azərreyl”ə transfer olunub, bir il sonra isə Azərbaycan yığmasına cəlb edilib. O, 2004-18-ci illərdə millimizdə çıxış edib