Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 4-cü dövrənin oyunlarına start verilib.

Sport24.az xəbər verir ki, “Murov” voleybol klubunun idman zalında təşkil olunan 16-cı turun ilk qarşılaşmasında “Neftçi” MOİK-i sınağa çəkib.

Matçın qalibi tay-brekdə müəyyən olunub. Birinci hissədə 25:23 hesabı ilə qalib gəlib MOİK növbəti 2 setdə 21:25, 22:25 hesabı ilə məğlub olub. Dördüncü hissəni Eldar Əliyevin komandası 25:22 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib - 2:2. Həlledici setdə 15:9 hesabı ilə qalib gələn “Neftçi” görüşün hesabını müəyyənləşdirib -3:2.

Günün ikinci matçında “Ekspress” “Murov”la görüşüb. Bu qarşılaşmada isə qalib 3 hissədə müəyyən olunub. “Murov” voleybolçuları 3 xalı rəqibini 3:0 (25:12, 25:22, 25:14) hesabı ilə məğlub etməklə əldə edib. 

Beləliklə, 16 turdan sonra “Murov” 35 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Neftçi” 30 xalla ikinci, MOİK 22 xalla üçüncü, “Ekspress” 6 xalla dördüncü, bu turda istirahət edən “Sərhədçi” isə 3 xalla sonuncudur.