Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 3-cü turdan təxirə salınan “Sərhədçi” – “Murov” oyunu keçirilib.

Sport24.az xəbər verir ki, “Murov” Voleybol Klubunun idman zalında baş tutan qarşılaşma Fərid Cəlalovun komandasının üstünlüyü ilə başlayıb.

İlk hissədə 25:20 hesabı ilə qalib gələn “Murov” sonrakı setləri də aktivinə yazıb - 25:18, 25:12. 

Beləliklə, "Murov" 3:0 (25:20, 25:18, 25:12) hesablı qələbədən sonra xallarının sayını 6 - ya çatdırıb. “Sərhədçi” komandasının isə hələ də xalı yoxdur. “Neftçi” komandasının  6, MOİK və “Ekspress” komandalarının isə hərəyə 3 xalı var. 

Xatırladaq ki, fevralın 12-də isə 5-ci turun matçları keçiriləcək. Günə saat 15:00-da “Neftçi” - “Sərhədçi” qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da MOİK – “Ekspress” matçı başlayacaq.