Martın 3-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 9-cu turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən tura “Murov” - MOİK matçı ilə start verilib.

Fərid Cəlalovun komandası hər üç hissədə qalib gəlib – 3:0 (25:21, 25:20, 28:26).

Turun növbəti oyunu “Ekspress” - “Sərhədçi” komandaları arasında olub. Bu matçda da 3:0 hesabı qeydə alınıb. “Ekspress” hər üç hissədə daha əzimkar oyun göstərərək matçdan 3:0 (25:17, 29:27, 25:14) qalib ayrılıb.

Beləliklə, 9 turdan sonra “Murov” 17 xalla turnir cədvəlinə liderlik edir. Bu turda istirahət edən “Neftçi”nin 16, MOİK-in 15, “Ekspress”in 6 xalı var. “Sərhədçi” komandasının isə xalı yoxdur.