Bu gün kişi voleybolçular arasında Yüksək Liqada II tura start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.
Hər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində keçiriləcək. Günün ilk görüşündə MOİK və "Xilasedici" üz-üzə gələcək. Mövsümə məğlubiyyətlə başlayan "Azərreyl" və "Gənclər" ilk qələbə üçün mübarizə aparacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək "Murov Az Terminal" - "Neftçi" matçı ilə yekun vurulacaq.
Yüksək Liqa (kişilər)
II tur
10 dekabr
15:00. MOİK - "Xilasedici"
GİN-in Voleybol Mərkəzi
17:00. "Azərreyl" - "Gənclər"
GİN-in Voleybol Mərkəzi