Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 17-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, tura “Neftçi” “Sərhədçi” matçı ilə start verilib.

Görüş 25:17 hesabı ilə “Neftçi”nin qələbəsi ilə başlayıb. İkinci seti 27:25 hesabı ilə “Sərhədçi” komandası qalib gəlsə də, “Neftçi” növbəti hissələrin 25:11, 25:13 və matçın qalib olub – 3:1.

“Murov” voleybol klubunun idman zalında təşkil olunan turun ikinci matçında isə MOİK “Ekspress”lə üz-üzə gəlib. Bu qarşılaşmada isə qalib 3 hissədə müəyyən olunub. Eldar Əliyevin komandası 3 xalı rəqibini 3:0 (25:15, 25:20, 25:17) hesabı ilə məğlub etməklə əldə edib.

Beləliklə, 17-ci turda istirahət edən “Murov” 35 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Neftçi” 33 xalla ikinci, MOİK 25 xalla üçüncü, “Ekspress” 6 xalla dördüncü, beşinci yerdə isə 3 xalla Sərhədçi” komandasıdır.

Neftçi - Sərhədçi 3:1 (25:17, 25:27, 25:11, 25:13)

MOİK - Ekspress 3:0 (25:15, 25:20, 25:17)