Azərbaycan yığmasının sabiq voleybolçusu Polina Rəhimova şəxsi "Facebook" səhifəsində son vaxtlar cəbhədə baş verən hadisələrlə bağlı Milli Ordumuza dəstək verib. Sport24.az xəbər verir ki, dövlət himnindən sitat paylaşan 30 yaşlı hücumçu bugünkü matçda meydana Vətən üçün çıxacağını bildirib.
Braziliyanın "Sesi" klubunun formasını geyinən Rəhimova xalqımıza tezliklə sülh arzuladığını bəyan edib: "Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə... Şanlı Vətən!!! Azerbaycan!!! Bu gün mənim üçün karantindən və uzun fasilədən sonra ilk oyundur. Matç zamanı bayrağımızı asmağımıza icazə verməsələr də, bu gün qəhrəmanlarımız kimi ölkəm üçün oynayacam! Azərbaycan, mən səninləyəm! Bu gün hamımız birlikdə olmalıyıq! Hamıya tezliklə sülh arzulayıram. Mən müharibənin əleyhinəyəm!"