Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək.

Sport24.az xəbər verir ki, o, 2021/22 mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq “Sarıyer Belediyespor” klubu ilə 1 illik müqavilə imzalayıb.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Əbilov sözügedən komandada da köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.