16 yaşadək oğlan voleybolçulardan ibarət millimiz Estoniyada təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında mübarizəni başa vurub. Sport24.az xəbər verir ki, komanda bu gün 5-ci yer uğrunda keçirilən oyunda A qrupunun üçüncüsü olan Gürcüstan yığması ilə qarşılaşıb.

 

Görüş rəqibin 3:0 (25:15, 25:16, 25:12) hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, Estoniyada təşkil olunan yarışda B qrupunda yer alan U-16 Latviyaya və təşkilatçı ölkənin təmsilçisin də 0:3 hesabı ilə məğlub olmuşdu.