Kişi voleybolçular arasında Azərbaycan I liqasında II dövrəyə start verilib. Sport24.az xəbər verir ki, “Murov” klubunun idman zalında təşkil olunan VI tur A qrupunun oyunları ilə başlayıb.

İlk matç “Təhsil” - “Həvəskarlar” arasında olub. Görüş qrup liderinin 3:0 (25:20, 25:19, 25:19) hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər qarşılaşmasına “Taleh-A.T” “Əlincə” ilə görüşüb. Oyun birincilərin üstünlüyü ilə başlayıb və onlar bu üstünlüyü matçın sonuna kimi qoruyublar. “Taleh-A.T” dövrənin ilk görüşünü də 3:0 (25:17, 25:20, 25:19) hesabı ilə qalib başa vurub. 

Turun üçüncü qarşılaşmasında “Masallı” “Ryuqa” ilə üz-üzə gəlib. Bu matçda qalib tay-brekdə müəyyənləşib. B qrupunun birincisi “Masallı” görüşü 3:2 (24:26, 21:25, 25:23, 25:17, 15:12) hesabı ilə aktivinə yazıb. 

Günün və turun son matçı “Aura” və “Azərbaycan Ali Hərbi Məktəbi” arasında keçirilib. Bu görüşün qalibi “Azərbaycan Ali Hərbi Məktəbi” komandası olub. Onlar 3:0 (25:13, 25:10, 25:7) hesabı ilə qələbə qazanıblar. 

I Liqa
VI tur

20 fevral

A qrupu
“Təhsil” – “Həvəskarlat” 3:0 (25:20, 25:19, 25:19)
“Taleh-A.T” – “Əlincə” 3:0 (25:17, 25:20, 25:19)

Turnir cədvəli: “Təhsil” – 15 xal, “Murov-2” – 9, “Taleh-A.T”- 6, “Əlincə” – 4, “Həvəskarlar” – 2

B qrupu
“Masallı” - “Ryuqa” 3:2 (24:26, 21:25, 25:23, 25:17, 15:12)
“Aura” – “Azərbaycan Ali Hərbi Məktəbi” 0:3 (13:25, 10:25, 7:25)

Turnir cədvəli: “Masallı” – 13 xal, “Azərbaycan Ali Hərbi Məktəbi” – 11, “Ryuqa” – 5, “Veteranlar” – 4, “Aura” – 0