Fevralın 20-də kişi voleybolçular arasında Azərbaycan I liqasında II dövrənin oyunlarına start veriləcək. Sport24.az xəbər verir ki, VI turun ilk qarşılaşması saat 11:00-da A qrupunda mübarizə aparan “Təhsil” və “Həvəskarlar” arasında olacaq. Ardınca saat 12:30-da “Əlincə” - “Taleh-A.T” ilə qarşılaşacaq.

Günün ikinci yarısında isə B qrupunun komandaları qüvvəsini sınayacaq. Saat 14:00-da “Masallı” “Ryuqa” ilə üz-üzə gələcək. Dövrəyə “Aura” - “Azərbaycan Ali Hərbi Məktəbi” dueli ilə yekun vurulacaq. 

Görüşlər “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

I Liqa
VI tur

20 fevral

A qrupu
11:00. “Təhsil” – “Həvəskarlar”
12:30. “Əlincə” - “Taleh-A.T”

Turnir cədvəli: “Təhsil” – 12 xal, “Murov-2” – 9, “Əlincə” – 4 “Taleh-A.T”- 3, “Həvəskarlar” – 2

B qrupu 
14:00. “Masallı” – “Ryuqa”
15:30. “Aura” – “Azərbaycan Ali Hərbi Məktəbi”

Turnir cədvəli: “Masallı” – 11 xal, “Azərbaycan Ali Hərbi Məktəbi” – 8, “Ryuqa” –7, “Veteranlar” – 4, “Aura” – 0