"Gəncə" ukraynalı voleybolçu Olena Napalkovanı "rənglərinə bağlayıb". Sport24.az xəbər verir ki, Ukrayna millisinin də şərəfini qoruyan oyunçu növbəti mövsümdə Gəncənin eyniadlı təmsilçisinin uğurları üçün çalışacaq. 

 

Qeyd edək ki, 2024/2025 mövsümündə də "Gəncə"nin formasını geyinmiş Olena Napalkova bu komandanın heyətində Azərbaycan Kubokunun gümüş medalını qazanıb.