Gənclər və idman naziri Fərid Qayıbov Voleybol Mərkəzi ilə tanış olub. Azərbaycan Voleybol Federasiyasından Sport24.az-a verilən məlumata görə, görüşdə nazir müavini Mariana Vasileva, nazirliyin sektor müdiri Elmir Mehdiyev, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov, AVF-nin vitse prezidenti Faiq Qarayev və baş katibi Fərid Xəlilov iştirak ediblər.

​Nazirə idman qurğusu barədə məlumat verilib və bildirilib ki, bu arena ölkə voleybolunun inkişafı üçün çox faydalı əhəmiyyətə malikdir. Qeyd olunub ki, burada istənilən səviyyəli oyunların keçirilməsi üçün hər cür şərait var.

Görüş zamanı ölkə voleybolunun inkişafı istiqamətində görülməli olan işlər müzakirə edilib.

Qeyd edək ki, bir müddətdir qapalı olan Voleybol Mərkəzi yenidən istifadəyə verilib.