Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında oynayacaq “Mübariz” və UNEC komandaları arasında yoxlama görüşü keçirilib. Sport24.az xəbər verir ki, oyun Azərbaycan Voleybol Federasiyasının İdman zalında baş tutub.

Qarşılaşma 3:0 hesabı ilə “Mübariz”in xeyrinə başa çatıb.

Qeyd edək ki, qadınlar və kişilər arasında keçiriləcək Azərbaycan çempionatı sabah start götürəcək.