Kişi voleybolçular arasında Azərbaycan Birinci Liqasının növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Sport24.az xəbər verir ki, fevralın 20-də “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq 7-ci tura saat 11:00-da A qrupunun “Həvəskarlar” – “Taleh-A.T” matçı ilə start veriləcək. Ardınca saat 12:30-da “Murov-2” - “Təhsil” ilə qarşılaşacaq.

Günün ikinci yarısında isə B qrupunun komandaları qüvvəsini sınayacaq. Saat 14:00-da “Aura” “Veteranlar” ilə üz-üzə gələcək. Tura “Azərbaycan Ali Hərbi Məktəbi” – “Ryuqa” dueli ilə yekun vurulacaq. 

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Birinci Liqa
7-ci tur

27 fevral

A qrupu
11:00. “Həvəskarlar” - “Taleh-A.T”
12:30. “Murov-2” - “Təhsil” 

Turnir cədvəli: “Təhsil” – 15 xal, “Murov-2” – 9, “Taleh-A.T”- 6, “Əlincə” – 4, “Həvəskarlar” – 2

B qrupu 
14:00. “Aura” – “Veteranlar”
15:30. “Azərbaycan Ali Hərbi Məktəbi” – “Ryuqa”

Turnir cədvəli: “Masallı” – 13 xal, “Azərbaycan Ali Hərbi Məktəbi” – 11, “Ryuqa” –8, “Veteranlar” – 4, “Aura” – 0