Koronavirus pandemiyası səbəbindən qadın voleybolçulardan ibarət Azərbaycan çempionatında fasilə olnasına baxmayaraq, Super Liqanın lideri "Azərreyl" transferi həyata keçirmək qərarına gəlib. Sport24.az xəbər verir ki, Bakı klubu slovakiyalı hücumçu Romana Xudekovla 1 illik müqavilə imzalayıb.
Xudekova son mövsümü Türkiyə çempionatında keçirib.
"Azərreyl"in meneceri Oksana Kurt Xudekovanın keçidi şərh edib: "İnanırıq ki, Romana öz bacarığı ilə komandamıza böyük fayda verəcək. "Azərreyl"in hədəfləri "Çağırış Kuboku" və ölkə çempionluğunu qazanmaqdı".