Bu gün 2006-2007 təvəllüdlü voleybolçu qızlar arasında keçirilən Bakı birinciliyi başa çatıb.

Sport24.az xəbər verir ki, 6 komandanın – “Azərreyl-1”, “Abşeron”, “Murov”, “Xətai”, “Sərhədçi” və “Azərreyl-2”nin iştirak etdiyi yarış dairəvi sistemlə təşkil olunub.

Maraqlı keçən görüşlərdən sonra 7 xal toplayan “Abşeron” qalib adını qazanıb. Onlardan 1 xal az yığan “Sərhədçi” ikinci yeri tutub. “Üçlüy”ü 4 xala malik “Xətai” qapayıb.

Azərbaycan Voleybol Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə medal və diplomlar verilib. Mükafatları Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilov, “Sərhədçi” voleybol klubunun prezidenti Firdovsi Umudov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Samir Kazımov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Valentina Sultanova təqdim ediblər.