"Hər iki komanda sonadək başabaş mübarizə apardı". Sport24.az xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət "Azərreyl" klubunun baş məşqçisi Boris Qrebennikov deyib.

 

O, Azərbaycan çempionatının həlledici qarşılaşmasında "Murov Az Terminal"a 3:2 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib. Təcrübəli mütəxəssis bildirib ki, il ərzində Fərid Cəlalovun komandasına qarşı belə gərgin matçları olub: "Hər iki komanda bir-birini yaxşı tanıyır. Bu gün sona kimi mübarizə apardıq və qalib gəldik. İkinci setdə 9:5 hesabla irəli olarkən düşündüm ki, oyunda qalib gələcəyik. Komanda mübarizəsi zəiflədiyi üçün əmin oldum ki, bu matç beşinci setə kimi uzanacaq. Heyətdə müəyyən dəyişikliyin olub-olmaması isə komandanın yeni mövsümə hazırlıq planı zamanı bəlli olacaq".

 

Qeyd edək ki, "Azərreyl" ilk dəfə qızıl medal qazanıb.