Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün Çağırış Kubokunda növbəti oyununu keçirəcək.

Sport24.az xəbər verir ki, komanda 1/16 final mərhələsinin ilk matçında Almaniyada “VfB SUHL Thüringen”lə üz-üzə gələcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Cavab görüşü dekabrın 15-də eyni məkanda olacaq. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, oyunlar Almaniyada keçirilir.

Xatırladaq ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.