Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Əliyev CEV kubokunun 1/16 final mərhələsinin matçına təyinat alıb. Sport24.az xəbər verir ki, Eldar Əliyev kişi voleybolçular arasında keçiriləcək “Lokomotiv” (Rusiya) – “Çaumont” (Fransa) oyununda ikinci hakim olacaq.  

Dekabrın 11-də Novosibirskdə təşkil olunacaq görüşdə əsas referi serbiyalı Mirko Yankoviç olacaq.