Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Çempionlar Liqasına təyinat alıb. Sport24.az xəbər verir ki, o, qadın voleybolçular arasında keçiriləcək “Lokomotiv” (Rusiya) – “Maribor” (Sloveniya) oyununda əsas referi olacaq.

Kalininqradda baş tutacaq görüşdə ikinci hakim funksiyasını Voyçieç Maroşek yerinə yetirəcək.

Qrup mərhələsinin 1-ci turu çərçivəsində baş tutacaq matç noyabrın 20-də olacaq.