İyulun 9-11-də Polşada təşkil olunacaq “Vaqner Memorial” turnirinə iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Polşaya yola düşüb. 

Sport24.az xəbər verir ki, turnirdə millimizin rəqibləri Misir, Norveç və ev sahibi Polşa yığmaları olacaq.

Komandamız ilk matçını iyulun 9-da Misir millisinə qarşı keçirəcək.  

9 iyul
17:00. Misir - Azərbaycan

10 iyul
20:00. Polşa - Azərbaycan

11 iyul  
15:00. Norveç - Azərbaycan