Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək. Sport24.az xəbər verir ki, yarış 20-23 noyabr 2024-cü il tarixlərində Polşada keçiriləcək. Çempionatda Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və ev sahibi olan Polşa komandası mübarizə aparacaq. B qrupunda yer alan millimizin rəqibləri Litva, Ukrayna və Estoniya kollektivləridir.

 

Qeyd edək ki, yarış "AVRO-2025"ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.