"Azərreyl"in heyətində Azərbaycan çempionu olan voleybolçu özünə yeni klub tapıb. Sport24.az xəbər veir ki, dominikanlı hücumçu Vielka Peralta karyerasını Türkiyədə davam etdirəcək.
O, "Sarıyer Belediyesi" ilə müqavilə imzalayıb.
Bu, əvvəllər, həmçinin Peru, Yunanıstan, İndoneziya və İsraildə çıxış etmiş idmançının peşəkar karyerasında 10-cu klubu olacaq.