Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, komanda bu gün Bakıda 1-ci mərhələ çərçivəsində İsveç yığması ilə qarşılaşıb.

 

Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, milli növbəti oyununu iyunun 7-də Estoniya millisinə qarşı keçirəcək. Sabah isə İsveç və Estoniya kollektivləri üz-üzə gələcəklər.


5 iyun

İsveç – Azərbaycan 3:0 (25:19, 25:14, 25:23)