Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 9-cu turunun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, turun ilk görüşündə “Murov” “Abşeron”la üz-üzə gəlib. Qarşılaşma “Abşeron”un üstünlüyü ilə başlayıb. Eldar Yusubovun komandası ilk hissəni 25:17 hesabı ilə aktivinə yazıb. Növbəti 2 hissədə də rəqibindən üstün oyun nümayiş etdirən “Abşeron” 3 xalı 3 setlə qazanıb - 3:0 (25:17, 28:26, 25:20).

Günün ikinci matçında UNEC “Azərreyl”lə görüşüb. Bu matçın qalibi isə dörd setdə bəlli olub. Birinci hissədə 25:18 hesabı ilə qalib gələn Famil Ağayevin komandası növbəti setdə eyni hesabla uduzub. Lakin “Azərreyl” oyununda dönüş yaradaraq, növbəti 2 hissədə rəqibini 25:22 və 25:13 hesabı ilə məğlub edib – 3:1. 

Bu turdan sonra “Abşeron” 24 xalla turnir cədvəlində liderliyi davam etdirir. Onlardan 10 xal geri qalan “Azərreyl” ikinci pillədə qərarlaşıb. 6 xala malik “Murov” üçüncü, 4 xal toplayan UNEC dördüncü yerdədir.