"Abşeron" heyətini gücləndirməkdə davam edir. Sport24.az xəbər verir ki, ölkə çempionatının gümüş mükafatçısı fransalı Şerilin Başorunla güclənib.

 

O, mərkəz blokçusu kimi oynayır və ötən mövsümü İspaniyanın "Kile Sokuelyamos" klubunda keçirib.

 

Qeyd edək ki, "Abşeron" daha əvvəl Azərbaycan millisinin iki voleybolçusu, Nikalina Başnakova və Anastasiya Mertsalova ilə müqavilə imzalayıb. Digər transfer isə macarıstanlı Mariya Çiliçdir.