Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Rodosda təşkil olunan yarışda Azərbaycanın 10 təmsilçisi də mübarizə aparır.

 

İlk 3 turda maksimum nəticə qazanan Ülviyyə Fətəliyeva startda ardıcıl 4-cü qələbəsini qazanıb. O, bununla da çempionatın liderliyini ələ keçirib.

 

Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı da turu qələbə ilə başa vurublar. Şahmatçılarımız günü ümumilikdə 4 qələbə, 5 heç-heçə və 1 məğlubiyyətlə tamamlayıblar.

 

Qeyd edək ki, Avropa çempionatında 183 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.

 

Avropa çempionatı, Qadınlar
IV tur, 22 aprel

Ülviyyə Fətəliyeva – Martina Vikar (Polşa) – 1:0
Alisiya Sliviçka (Polşa) - Günay Məmmədzadə – 1:0
Gövhər Beydullayeva – Anastasiya Raxmanqulova (Ukrayna) – 1:0
Ellen Frederisiya Nilssen (Norveç) - Xanım Balacayeva – 0,5:0,5
Lilit Mkrtıçyan (Ermənistan) - Ayan Allahverdiyeva – 0,5:0,5
Səbina İbrahimova – Ann Mathadze Bujiaşvili (Gürcüstan) - 0,5:0,5
Gülnar Məmmədova – Emiliya Dik-Sala (Avstriya) – 1:0
Səbina Rzalı – Miruna-Daria Lehaçi (Rumıniya) – 1:0
Ana İnes Teyşeyra da Silva (Portuqaliya) - Ləman Hacıyeva – 0,5:0,5
Şlomit Vardi (İsrail) - Nərmin Abdinova – 0,5:0,5

 

Xal durumu: 1. Ülviyyə Fətəliyeva – 4, 10. Gövhər Bəydullayeva - 3,5, 36. Gülnar Məmmədova - 3, 40. Günay Məmmədzadə - 2,5, 43. Xanım Balacayeva - 2,5, 58. Səbina Rzalı - 2,5, 66. Ayan Allahverdiyeva - 2,5, 71. Səbinə İbrahimova - 2,5, 125. Nərmin Abdinova – 1,5, 131. Ləman Hacıyeva – 1,5.