Niderlandın Veyk-an-Zee şəhərində keçirilmiş "Tata Steel Chess" turnirinda Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatının sahibi məlum olub. Sport24.az əbər verir ki, yarışın bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə fərqlənən şahmatçılar təltif olunub.

Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat Rameşbabu Praqnanandha (Hindistan) və Ervin Lamiyə (Niderland) verilib. Lami bu mükafata 2-ci dəfə layiq görülüb.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Tata Steel Chess"i 8 xalla ikinci pillədə başa vurub.