Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində sonuncu görüşünə çıxıb. Sport24.az xəbər verir ki, 37 yaşlı qrossmeyster XIII turda ABŞ-dan olan Fabiano Karuana ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı 20cu pillədə başa vurub.

Məmmədyarov kimi 8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport 3cü yeri tutub. Turnirin qalibi isə 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen olub.