Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Rumıniyanın paytaxtı Buxarestdə mayın 4-dən 14-dək keçiriləcək "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic" turnirindəki rəqibləri məlum olub.

Sport24.az xəbər verir ki, turnirdə şahmatçımızla yanaşı, Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), ABŞ təmsilçiləri Levon Aronyan, Fabiano Karuana, Uesli So, Lenyer Dominges, o cümlədən Yan Nepomnyaşi (FİDE), macarıstanlı Riçard Rapport və Boqdan Daneel-Dyak (Rumıniya) mübarizə aparacaq.

Dairəvi sistem üzrə təşkil olunacaq turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilən "Superbet Chess Classic" turnirinin qalibidir.