Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının ilk mərhələsinin iştirakçıları bəlli olub.

Sport24.az xəbər verir ki, “Oslo Esports Cup” adlanan turnirdə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da mübarizə aparacaq. Yarışda ümumilikdə 8 zəka sahibi qüvvəsini sınayacaq.

Turnirdə Məmmədyarov və Karlsenlə yanaşı, Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa), Le Kuanq Lye (Çin), Ramebabu Praqnanandha (Hindistan) və Erik Hansen (Kanada) iştirak edəcək.

Aprelin 22-də start götürəcək “Oslo Esports Cup”ın mükafat fondu 210 000 ABŞ dolları təşkil edir.