Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunacaq "Grand Chess Tour" seriyasının iki mərhələsində iştirak edəcək.

Sport24.az xəbər verir ki, reqlamentə əsasən 26-30 avqustda rapid və blits üzrə turnir keçiriləcək.

Yarışda Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Fabiano Karuana, Levon Aronyan, Leynyer Dominqes, Hikaru Nakamura, Samuel Şenklend (hamısı ABŞ), Rixard Rapport (Macarıstan) və Yan Nepomnyaşi (FIDE) mübarizə aparacaq.

Sentyabrın 2-də isə klassik şahmat üzrə "Sinkfild Kuboku" start götürəcək. Həmin turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç) ilə Uesli So (ABŞ) əvvəlki turnirin iştirakçılarından Nakamura və Şenklendi əvəz edəcəklər.