Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir.

Sport24.az xəbər verir ki, bu gün 10-cu turun görüşləri keçiriləcək.

Azərbaycanın milli komandaları da növbəti görüşlərinə çıxacaqlar. Həm kişilərdən, həm də qadınlardan ibarət millimiz Ermənistanla qarşılaşacaq.

Azərbaycanın kişilərdən ibarət millisi 14 xalla 7-ci, Ermənistan 15 xalla 3-cüdür. Qadınlardan ibarət yığma isə 14 xalla 9-cu, Ermənistanın müvafiq komandası isə 14 xalla 6-cıdır.

Ümumdünya Şahmat Olimpiadası
10-cu tur

8 avqust

Kişilər

Azərbaycan – Ermənistan
Şəhriyar Məmmədyarov – Qabriel Sarqissyan
Qədir Hüseynov – Hrant Melkumyan
Vasif Durarbəyli – Manuel Petrosyan
Nicat Abbasov – Robert Hovanisyan

Qadınlar

Ermənistan – Azərbaycan
Elina Danielyan – Günay Məmmədzadə
Lilit Mkrtçyan – Xanım Balacayeva
Anna Sarqsyan – Gövhər Beydullayeva
Susanna Qaboyan – Gülnar Məmmədova