Kişi şahmatçılar arasında Azərbaycan çempionatında IX turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, hesabat turundan sonra qarşılaşmalardan yarımfinalçılar adları müəyyənləşib. 

 

Çempionatın lideri Məhəmməd Muradlı Abdulla Qədimbəyliylə xalı yarı bölüb. Aydın Süleymanlı qara fiqurlarla Vüqar Manafovu məğlub edib. Vüqar Rəsulov ağ fiqurlarla Read Səmədovu üstələyib. Xəzər Babazadə və Toğrul Həsənzadə arasında partiya heç-heçə yekunlaşıb.

 

Reqlamentə əsasən, 9 turdan sonra ilk dörd yeri tutan şahmatçılar yarımfinalda mübarizəni davam etdirəcək.

 

Sabah başlayacaq yarımfinalda lider Məhəmməd Muradlı dördüncü yerdə qərarlaşan Vüqar Rəsulova, 2-3-cü yerləri tutan Aydın Süleymanlı isə Xəzər Babazadəyə rəqib olub. Yarımfinal iki oyundan ibarət olacaq.

 

Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla yanaşı, 12 min manat əldə edəcək.