Azərbaycan şahmatçısı Rauf Məmmədovun Beynəlxalq Şahmat Federasiyasının (FİDE) turnirlərində oynamayacağı haqda bir az əvvəl xəbər yayılmışdı. Lakin şahmatçının anası, tanınmış hüquqşünas Lətifə Əliyeva redaksiyamızla əlaqə saxlayaraq Raufun millidəki çıxışını davam etdirəcəyini təsdiqlədi: "Oğlum Vətənini, bayrağımızı çox sevir. Bu səbəbdən o, çıxışını davam etdirəcək. İstər milli komandada, istərsə də fərdi yarışlarda yenə Azərbaycan bayrağını ucaltmağa davam edəcək"