Azərbaycanın qadınlardan ibarət şahmat millisinin üzvlərinə “Qarabağ”ın forması hədiyyə olunub. Sport24.az xəbər verir ki, millimizin üzvləri –Türkan Məmmədyarova, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və kapitan Zeynəb Məmmədyarova Ağdam klubunun forması ilə şəkil çəkdiriblər.
Xatırladaq ki, bir müddət əvvəl İdman Araşdırmalar Mərkəzinin tədbirində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov şahmatçı qızlara komandasının formasını hədiyyə edəcəyini demişdi. Qurbanov həmin tədbirdə ilin məşqçisi, qadınlardan ibarət şahmat yığmamız isə ilin komandası seçilmişdi.