Torontoda təşkil olunan şahmat üzrə İddiaçılar Turnirində XIII turun oyunları baş tutub. Sport24.az xəbər verir ki, iştirakçılar bir günlük fasilədən sonra növbəti oyunlarını keçiriblər keçiblər.

Şahmatçımız Nicat Abasov sonuncudan əvvəlki turda Vidit Santoş Qujrati ilə üz-üzə gəlib. 29 yaşlı təmsilçimiz 31-ci gedişdə "sülh"ə razılaşıb.

 

İddiaçılar Turniri
XIII tur, 20 aprel

Yan Nepomnyaşi – Hikaru Nakamura - 0,5:0,5
Rameşbabu Praqnanandja – Fabiano Karuana - 0,5:0,5
Vidit Santoş Qujrati – Nicat Abasov - 0,5:0,5
Dommaradju Qukeş – Alireza Firuzca - 1:0

 

Xal durumu: 1. Dommaradju Qukeş (Hindistan), 2. Hikaru Nakamura (ABŞ) - 8,5, Yan Nepomnyaşi (FİDE) – 8, 4. Fabiano Karuana (ABŞ) – 7, 5. Rameşbabu Praqnanandja (Hindistan) – 6,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzca (Fransa) – 4,5, 8. Nicat Abasov (Azərbaycan) – 3,5

 

Qeyd edək ki, XIV turun matçları aprelin 21-də təşkil olunacaq. Ağ fiqurlarla oynayacaq Nicat turnirdəki son matçında Rameşbabu Praqnanandja ilə üz-üzə gələcək.