Son dövrlər ölkə şahmatında yenidən bir canlanma hiss olunmağa başlayıb. Federasiya rəhbərliyində məlum dəyişiklikdən sonra bir sıra perspektivli istedadların inkişafı üçün maliyyə ayrılmağa başlayıb. Ancaq bu, aysberqin görünən tərəfidir. Ümumi kütləvilik baxımından yerlərdə təbliğat aparılmalıdır. Necə ki, bunu Landau School təhsil şəbəkəsi həyata keçirib. Sport24.az xəbər verir ki, sözügedən təhsil ocağı filialları arasında komanda turniri təşkil edib.

Hər birində 5 yeniyetmə olmaq şərti ilə baş tutan çempionatın qalibini müəyyən etmək üçün nəzərdə tutulan dairəvi sistem yetərli olmayıb. Belə ki, 3 komanda - “Nərimanov”, “Bayıl” və “Sea Breeze” kollektivləri eyni sayda qələbə və məğlubiyyətə imza atıb və hər biri aktivinə 10 xal yazdırıb. Məhz bu səbəbdən hakim əlavə tay-brek mərhələsinə zərurət duyub. Bu mərhələdə daha uğurlu olan “Bayıl” çempion olub. İkinci yer “Nərimanov” komandasına, 3-cü pillə isə “Sea Breeze” kollektivinə nəsib olub. Əlavə edək ki, Landau School-dan verilən informasiyaya görə, analoji yarışların təşkili gələcəkdə də planlaşdırılır.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.