Fevralın 27-də “Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunan idman jurnalistləri arasında şahmat yarışı keçiriləcək.  Sport24.az xəbər verir ki, “İdman birləşdirir” şüarı ilə baş tutacaq yarış 9 turdan ibarət olacaq.

Reqlamentə əsasən hər oyuna 5 dəqiqə vaxt ayrılacaq və hər gediş üçün 3 saniyə əlavə olunacaq.  İlk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı və qiymətli hədiyyələr təqdim olunacaq.

Şahmat turniri Azərbaycan Şahmat Federasiyası, Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı, doğma çayımız - “Azərçay”, P&G və Cinema Plus şirkətlərinin dəstəyi ilə keçiriləcək. Güclü qalib gəlsin!